Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar

2020-04-02 | İqtisadiyyat | 235

COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin günlərdə sosial təcrid vəziyyətində olan bir çox insanlar son ümidini dövlətin dəstəyinə bağlayır.

Martın 19-da prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə xüsusi işçi qrupun yaradılması barədə fərman imzalayıb. İşçi qrup qarşısında pandemiyanın ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq vəzifəsi qoyulub. Yəni dövlət əhalinin rifahını və təhlükəsizliyini təmin etmək üçün daha bir addım atdı.

Bundan 10 gün sonra işçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov COVİD-19 virusunun ölkə iqtisadiyyatındakı fəsadlarını minimuma endirməyə yönələn tədbirlərin müəyyənləşdirildiyi təməl sənədi təqdim edib. Sənəddə iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram yer alıb. Həmin proqramların başlıca məramı iş yerlərinin azalmasına yol verməmək, vətəndaşlara maliyyə dəstək göstərməkdir. Yəni hər kəs təlaşa qapılmadan karantin qaydalarına əməl edərək zəruri ehtiyac olmadan evdən bayıra çıxmasın.

Sözügedən 10 proqramdan birincisi koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə çalışanların üzləşdiyi zərəri ödəmək üçün maliyyə dəstək tədbirlərini nəzərdə tutur. Belə ki, pandemiyanın fəsadlarına bütövlükdə məruz qalan 11 sahə, o cümlədən ictimai iaşə, nəqliyyat, ticarət, turizm, xidmətlər sahələri müəyyənləşdirilib.

Sadalanan sahələrdə qanuni əmək müqaviləsi əsasında şəffaf şəkildə çalışan hər kəs bu proqram çərçivəsində dövlət tərəfindən maliyyə dəstəyi alacaq. Proqram bütövlükdə 304 min əməkdaşı olan 44 min müəssisəni əhatə edir. Yəni rəsmi əmək müqaviləsi ilə çalışmağın əhəmiyyəti bir daha əyani şəkildə ortaya çıxdı. Hazırda ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 555 mindir ki, bunların 915 mini dövlət və neft-qaz sektorlarında, yerdə qalan 640 mini isə qeyri-neft sektorunda çalışır.

Proqrama əsasən maliyyə dəstəyinin mexanizmi ya işçinin həqiqi əməkhaqqına, ya da ölkədə rəsmi orta aylıq əmək haqqına görə hesablanacaq. Xatırladaq ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 712 manat təşkil edirdi. Proqramda əməkhaqqı fondunun 50 faizini müəssisələrə və sahibkarlara birbaşa ödəmələr şəklində ayırmaq nəzərdə tutulur.

Bununla belə müəssisələr özləri də gərək arxayınlaşmasın. Dövlət başçısı İlham Əliyev də sahibkarların üzərində böyük məsuliyyət olduğunu qeyd edib: “Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxacağıq”.

Emiliya Abbasova

Mənbə: https://report.az/analitika/emek-muqavilesi-olanlar-dovletden-destek-alacaqlar/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-06-04 | Baş Nazir Əli Əsədov vətəndaşlara müraciət edib
2020-06-04 | Bəzi fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb
2020-06-04 | Vergi Məcəlləsində dəyişikliklər sahibkarlarda öz bizneslərini şəffaflaşdırmağa marağı artıracaq
2020-05-29 | Ələt azad iqtisadi zonası yaradılıb
2020-05-29 | Fermer kartından istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib
2020-05-29 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb
2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!