İqtisadiyyat naziri: Tikinti sektoru iqtisadiyyatın sürətini yenidən yığması üçün aparıcı sektorlardan biri olacaq

2020-03-31 | İqtisadiyyat | 2821

Azərbaycan hökumətinin yerli sahibkarları koronavirusun təsirindən qorumaq üçün hazırladığı proqramlardan biri vergi güzəştləri, tətilləri və imtiyazlarını əhatə edir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf" verilişində məlumat verib.

O, əlavə edib ki, sabahdan başlayaraq rəhbərlik etdiyi qurum proqramın mahiyyətini ictimaiyyətə açıqlayacaq: "Burada da əsas məntiq ondan ibarətdir ki, biz ən çox mənfi təsir altında olan sahibkarları, sferaları qoruyaq, onların bu gün əlavə likvidliyinə təzyiq yaratmayaq”.

Nazir ölkədə ipoteka kreditləşməsinə də dəstək veriləcəyini qeyd edib: "İpoteka kreditlərinə dəstək proqramı da var. Bilirsiniz ki, ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Nəyə görə, ipoteka kreditləşməsi çox vacibdir? Çünki bizim fəaliyyətimizin əsas hədəfi və ölkə prezidentinin qarşımıza qoyduğu vəzifə yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin ölkənin ortamüddətli yeni iqtisadi çərçivəsinin, bununla bağlı təkliflərin hazırlanmasından ibarətdir. Tamamilə aydındır ki, pandemiyadan sonrakı dövrdə tikinti sektoru bizim iqtisadiyyatımızın sürətinin yenidən yığması üçün aparıcı sektorlardan biri olacaq. Bu sektor əmək tutumluluğu, böyük həcmdə materialların ölkəmizdə istehsalı baxımından vacibdir. Üstəlik onun multiplikativ effekti də yuxarıdır. Bu həm də sosial əhəmiyyətli sahədir. Ölkə vətəndaşlarının yeni mənzillərə sahib olması onların sosial rifahının artması deməkdir. Bilirsiniz ki, ölkədə həm sosial mənzil layihələri uğurla həyata keçirilir, həm də özəl sektorda tikinti uğurla reallaşdırılır. Təbii ki, bu sahənin canlanması bizim üçün çox vacibdir”.

Mənbə: https://report.az/biznes/azerbaycanda-ipoteka-kreditlesmesine-destek-verilecek/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!