Mikayıl Cabbarov: Koronavirusun 11 fəaliyyət istiqamətinə təsirini 100% müəyyənləşdirmişik

2020-03-31 | İqtisadiyyat | 2036

İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf" verilişində məlumat verib.

"Proqramlar hazırlanarkən biz ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini həyata keçirmişik. Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Ən çox zərər çəkmiş sahələr, əhəmiyyətli mənfi təsirə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış sahələr və təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Proqramlar isə 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramların fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, son günlər baş verən proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib: "Bunlar ictimai iaşə, xidmət, turizm və s. sektorlardır. Digər 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalır. Burada biz 70% əmsalını tətbiq edirik. Yəni, təsir aşağıdır, amma əhəmiyyətlidir.

Proqramların çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını, həmçinin respublika üzrə orta aylıq əmək haqqını götürürük. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manata bərabər olub. Aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara, müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqını maksimal hədd kimi götürürük. Burada fəlsəfə ondan ibarətdir ki, əgər bu və yaxud digər işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa onun daha aşağı əmək haqqı alana nisbətən dərhal dəstəyə ehtiyacı daha fərqlidir”.

Mənbə: https://report.az/biznes/koronavirusun-11-fealiyyet-istiqametine-tesiri-100-melumdur/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!