MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?

2020-03-13 | Hüquq | 379

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi MMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında MMC-nin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

MMC dividend verdikdə hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividendin ödənilməsi qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir.

MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcuddur. Misal üçün, təşkilatın xalis aktivlərinin dəyəri 30.000 manat, nizamnamə kapitalı 35.000 manat təşkil edirsə, MMC dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik dividend verilməsini qadağan edir.

Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50.000 manat, nizamnamə kapitalı isə 40.000 manatdır. Qərara əsasən, 12.000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda da dividendin verilməsi qanuna ziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (50.000 manat -12.000 manat = 38.000 manat) nizamnamə kapitalı məbləğindən (40.000 manat) az olacaq.

Qanunvericilik MMC-lərə dividend verilməsində başqa halı da müəyyən edir: əgər qərar qəbul edildiyi anda MMC qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlir və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələrsə, dividend verilməsi qadağandır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/7657.html

Hüquq bölümünün son xəbərləri

2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib
2020-04-24 | Azərbaycanda təhsil müəssisələrinin lisenziya alma qaydası dəyişir
2020-04-24 | Azərbaycanda yük göndərənin - MƏSULİYYƏTİ ARTIRILIR
2020-04-24 | Dövlət mülkiyyətində olan bəzi torpaqların icarəsi ləğv edilir
2020-11-04 | Nazirlər Kabineti: Kənd təsərrüfatı məhsulunu Bakıya arayışla da gətirmək olar
2020-04-11 | Azərbaycanda sahibkarlara ixracla bağlı tələb olunan - SƏNƏDLƏR VERİLİB
2020-03-26 | Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası - DƏYİŞİR
2020-03-26 | Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası - DƏYİŞİR
2020-03-26 | Azərbaycanda pay torpaqları ilə bağlı mühüm qərar

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!