Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətləri KOB indeksi üzrə qiymətləndiriləcək

2020-01-30 | İqtisadiyyat | 410

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli fərmanının 5.4-cü bəndində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin "KOB indeksi" üzrə qiymətləndirilməsi Qaydasının hazırlanması ilə bağlı tapşırıq verilib. Nazirlər Kabinetindən verilən məlumata görə, qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur. Bu qayda ilə müəyyən edilir ki:

  • dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub;
  • dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub;
  • sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir;
  • dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır.

Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür:

  • dövlət xidmətinin KOB-un inkişafına təsiri;
  • dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin "KOB indeksi" üzrə qiymətləndirilməsi:

  • mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına;
  • KOB subyektlərinin izafi xərclərdən və əlavə vaxt itkisindən azad edilməsinə;
  • daxili bazarın mövcud vəziyyətinin real göstəricilərinin aşkara çıxarılmasına imkan verəcək.

Mənbə: https://vergiler.az/news/economy/6916.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
2020-08-07 | Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
2020-08-07 | Milli Məclisin növbədənkənar sessiyasının iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
2020-07-18 | Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır
2020-07-04 | Şahmar Mövsümov: Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, iş gedir
2020-07-04 | Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…
2020-07-04 | Xüsusi karantin rejiminin tələbləri ilə bağlı sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifə və öhdəliklər
2020-07-04 | Ticarət obyektlərində karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir
2020-07-03 | COVİD-19 PANDEMİYASI DÖVRÜNDƏ ŞİRKƏTLƏRDƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ NƏZARƏT MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!