Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi

2020-01-29 | Vergilər | 3040

2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları gətirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məcəllənin 13.2.82-ci maddəsində qeyd edilib ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Məcəllənin 50.2-ci maddəsinə əsasən, sahibkarın riskli vergi ödəyicisi olması operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas verir. Sənəddə əmtəəsiz əməliyyatlar aparan və riskli vergi ödəyicisi kimi tanınan şəxslərlə bağlı digər qaydalar da müəyyən edilib.

“Əmtəəsiz əməliyyatlar” zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz mənfəət əldə olunur:

Misal 1.

Tikinti materiallarının satışı ilə məşğul olan “A” MMC hər biri 100 manatdan olmaqla, 200 ədəd tikinti məhsulunun alınması məqsədilə “B” MMC ilə 20.000 manatlıq müqavilə bağlayıb. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC tərəfindən malların təqdim olunması prosesi həyata keçirilməyib. Bu, artıq əmtəəsiz əməliyyat hesab olunacaq.

Misal 2.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan restoran vergi ödəyicisi olmayan şəxslə 150 kq kartof və 50 kq ətin alınması məqsədilə 1000 manatlıq müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, “Malların alış aktı” ilə rəsmiləşdirilən alqı-satqı prosesində malların təqdim olunması faktiki olaraq həyata keçirilməyib. Əməliyyatın bu cür rəsmiləşdirilməsi artıq əmtəəsiz əməliyyat hesab edilir.

Misal 3.

Satış sahəsində fəaliyyət göstərən “A” MMC reklam xidmətinin göstərilməsi üçün “B” MMC ilə 30 000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilənin şərtlərinə əsasən, “B” MMC reklamlar hazırlayaraq bilbordlarda yerləşdirəcək. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC faktiki olaraq bu xidməti göstərməyib. Bu tip xidmət göstərilməsi də əmtəəsiz əməliyyat hesab ediləcək.

Fərqanə Allahverdiqızı

Mənbə: https://vergiler.az/news/taxes/6866.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!