POS-terminalların quraşdırılması qaydaları təkmilləşdirilib

2020-01-17 | İqtisadiyyat | 2322

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla ticarət və ictimai iaşə obyektlərində POS-terminalların istifadə qaydalarının təkmilləşdirilməsi ilə bağlı məcəllənin 58.7-ci maddəsinə əlavələr edilib. Yeniliyi şərh edən iqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, POS-terminalların quraşdırılmalı olduğu obyektlərdə onun olmamasına və ya nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyaları tətbiq ediləcək.

POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə qərarı ilə müəyyən edilib. Həmin qərara əsasən, aşağıdakı obyektlərdə POS-terminal quraşdırılmalıdır:

  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
  • hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
  • vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Vergi Məcəlləsinə dəyişikliklər 1 yanvar 2020-ci ildə qüvvəyə mindikdən sonra sadalanan obyektlərdə POS-terminalların quraşdırılması qaçılmaz olacaq. Əgər həmin şəxslər cavabdeh olduqları nağdsız ödənişlərin tətbiqi məqsədilə POS-terminal quraşdırmasalar, ödənişləri nağd şəkildə qəbul etsələr, o zaman maliyyə sanksiyası tətbiq oluna bilər. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə edilən dəyişikliklərə görə, ticarət və ictimai iaşə obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılmamasına görə tətbiq edilən maliyyə sanksiyaları POS-terminallar quraşdırmayan obyektlərə də şamil ediləcək. Təqvim ili ərzində birinci dəfə buna yol verdikdə min manat, ikinci dəfə 3 min manat, üçüncü və daha çox dəfə baş verdikdə isə 6 min manat maliyyə sanksiyası tətbiq ediləcək.

Yenilik nağdlaşdırmanın qismən azaldılması, nağdsız ödənişlərin həcminin artırılması məqsədi daşıyır. Artıq bu ildən adıçəkilən bütün obyektlərdə POS-terminallar quraşdırılacaq. Onu da deyək ki, nağdsız ödənişlərin həcmi vergi ödənişlərində də nəzərə alınacaq. Bununla bağlı Vergi Məcəlləsinə 218-1.2-ci maddə əlavə edilib. Həmin maddəyə əasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Fərqanə Allahverdiqızı

Mənbə: https://vergiler.az/news/taxes/6690.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-08-31 | Ölkənin turizm sektorunun tənəzzüldən çıxarılması üçün təklif
2020-08-28 | Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində görülən tədbirlər
2020-08-19 | ARPA qrant müsabiqəsinin qalibi oldu
2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
2020-08-07 | Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
2020-08-07 | Milli Məclisin növbədənkənar sessiyasının iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
2020-07-18 | Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır
2020-07-04 | Şahmar Mövsümov: Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, iş gedir
2020-07-04 | Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!