Mikayıl Cabbarov: Ötən il vergi daxilolamaları tarixi maksimuma çatıb

2020-01-17 | İqtisadiyyat | 538

“2019-cu ildə Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4% təşkil edərək, orta illik inflyasiyanı (2,6%) üstələyib”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında deyib.

“Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4% təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır.

“2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat azaldılıb", - M.Cabbarov əlavə edib.

O, həmçinin deyib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir: “Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50%-nin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır.

Mənbə: https://report.az/maliyye/mikayil-cabbarov-oten-il-vergi-daxilolamalari-tarixi-maksimuma-catib/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-08-31 | Ölkənin turizm sektorunun tənəzzüldən çıxarılması üçün təklif
2020-08-28 | Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində görülən tədbirlər
2020-08-19 | ARPA qrant müsabiqəsinin qalibi oldu
2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
2020-08-07 | Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
2020-08-07 | Milli Məclisin növbədənkənar sessiyasının iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
2020-07-18 | Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır
2020-07-04 | Şahmar Mövsümov: Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, iş gedir
2020-07-04 | Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!