Tarif Şurası benzinin və dizel yanacağının qiymətinə yol vergisinin əlavə olunması barədə qərar qəbul edib

2015-01-13 | İqtisadiyyat | 639

Yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib

Bu gün Azərbaycan Tarif Şurasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub" deyə məlumatda bildirilib.

Məlumatda o da qeyd olunub ki, yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.

Tarif Şurası bildirib ki, yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Qərar bu il yanvarın 13-dən qüvvəyə minir.

Mənbə: http://az.apa.az/news/368834

İqtisadiyyat bölümünün son xəbərləri

2019-08-13 | Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.
2019-07-31 | Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib
2019-07-31 | Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var - EKSPERT RƏYLƏRİ
2019-07-26 | Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır
2019-07-26 | Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
2019-07-21 | Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq
2019-07-13 | Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib
2019-07-11 | Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib
2019-07-04 | Fiziki şəxslər üçün aylıq 35 manat sosial ödəniş müəyyənləşdirilməsini təklif edirik
2019-07-04 | Bu mağazalarda yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır - SİYAHI

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!