Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirilir

2019-12-30 | İqtisadiyyat | 2327

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqinə dair ölkə başçısının fərmanından irəli gələn vəzifələrlə əlaqədar Vergilər Nazirliyində mətbuat konfransı keçirilib.

Konfransı Vergilər nazirinin müavini Sahib Ələkbərov açaraq dəyişikliklərin mahiyyəti, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, ədalətli rəqabət mühitinin formalaşdırılması üçün Vergi Məcəlləsinə stimullaşdırıcı maddələrin əlavə olunması, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyaların sərtləşdirilməsi barədə məlumat verib.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb. S.Ələkbərov qeyd edib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər sahibkarların vergi oqranları qarşısında qaldırdıqları məsələlərlə bağlıdır.

ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən edilmiş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda və yaxud 30 gündən sonra ödənildiyi hallarda satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu halda vergi ödəyicisinin müvafiq dövr üzrə maliyyə yükünü artırmış olurdu. Aparılan dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Bu istiqamət ƏDV inzibatçılığının, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsini özündə əks etdirən dəyişikliklərdən ibarətdir.

Həmçinin, 1 yanvar 2020-ci il tarixdən tikinti-quraşdırma işlərinə başlanılmış binalar üzrə bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergitutma metodu ləğv edilir və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər vahid vergi rejimində - ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə fəaliyyət göstərəcəklər. ƏDV və mənfəət vergisi metodunda fəaliyyət göstərən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər binanın təqdim edilən hissələrinə görə əldə olunan gəlirdən ƏDV və mənfəət vergisi ödəyəcəklər".

Ticarət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqi ilə qanunvercilikdə edilmiş dəyişikliklərlə bağlı sualı cavablandıran Sahib Ələkbərov vurğulayıb ki, bu ilin 11 ayında POS-terminallardan istifadə etməklə nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz artıb: "İllərdir nağdsız ödənişlərin inkişaf etdirilməsində və geniş tətbiqində çox ciddi problem var. On ilə yaxındır ki, əhali arasında maarifləndirmə işləri aparmağımıza baxmayaraq lazımi nəticələr əldə edə bilməmişik. Ancaq bunun da bir sonu olmalıdır. Ona görə də belə qərar verildi ki, gələn ildən hər yerdə yeni nəsil nəzarət-kassa aparatları olmalıdır. Bu cihazlarla həyata keçirilən ödəniş barədə məlumat Vergilər Nazirliyinin elektron sistemində görünəcək və biz onu izləyə biləcəyik. POS-terminallar vasitəsilə qəbul edilən ödənişlər də izlənir. Cəmiyyət buna hazırdır, maddi-texniki baza yaradılıb və bu aparatları tətbiq etməmək artıq mümkün deyil".

POS-terminalların sayının azaldığı ilə bağlı bildirilib ki, hazırda ölkədə 67 mindən çox quraşdırılmış POS-terminal var. Bir neçə il bundan əvvəl onların sayı 80 min idi. Azalmanın səbəbləri sırasında vergidən yayınmaq cəhdlərinin, aidiyyəti qurumların buna zəif münasibətinin də olduğu qeyd edilib: "Amma əsas səbəblərdən biri bu idi ki, qanunvericilikdə POS-terminalların tətbiqinə nəzarət edən qurum müəyyən edilmədiyinə görə konkret cavabdeh qurum yox idi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, gələn ildən həmin qurum Vergilər Nazirliyi olacaq. Biz bu sahəyə ciddi nəzarət edəcəyik. Biz hamını cəzalandırmağın tərəfdarı deyilik, ancaq sahibkarlarımız da bu aparatların tətbiqinin zəruri olduğunu bilməlidirlər. Nəzarət-kassa aparatlarının istifadə olunmamasına görə tətbiq edilən cərimələr POS-terminalları quraşdırmayanlara və ya istifadə etməyənlərə də tətbiq ediləcək. Təqvim ili ərzində buna ilk dəfə yol verdikdə min manat, ikinci dəfə 3 min manat, 3 və daha artıq yol verdikdə isə 6 min manat maliyyə sanksiyası tətbiq ediləcək".

Sahib Ələkbərov vətəndaşların alış-veriş zamanı ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılması məsələsinə də toxunub: "Qanunvericiliyin bu tələbinin tətbiqi ilə bağlı digər sənədlər hazırlanmalı, tənzimləyici qaydalar olmalıdır. Yubanma bununla əlaqədardır. ƏDV-nin qaytarılması ilə bağlı qaydalar Prezident Fərmanı ilə təsdiq ediləcək. Düşünürük ki, gələn ilin əvvəlində həmin qaydalar təsdiq ediləcək və ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün olacaq".

Bununla bağlı operatorun müəyyən edildiyini bildirən S.Ələkbərov vuğrulayıb ki, ƏDV-nin geri qaytarılmasını təmin etmək üçün yeni nəsil kassa aparatları quraşdırılmalıdır. Artıq yanvarın 1-dək quraşdırılmalı olan cihazların böyük qismi quraşdırılıb: "Yanacaqdoldurma məntəqələrində işlər tam başa çatıb. İndi proses "Mall" tipli böyük ticarət mərkəzlərində, mebel mağazalarında davam etdirilir. Bu istiqamətdə mebel mağazaları çox zəif işləyirlər. Düşünürük ki, yanvar-fevral aylarında bu məsələlər həllini tapacaq. Yeni nəsil nəzarət-kassa aparatları da işləyəcək. Düşünürəm ki, yaxın aylarda ƏDV-nin qaytarılmasında problem olmayacaq".

Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi Ülvi Mansurov nəzarət-kassa aparatlarının quraşdırılmasının Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun aparıldığını qeyd edib: "Artıq 1-ci və 2-ci mərhələlər yekunlaşmaq üzrədir. Yeni ilin birinci rübündən vətəndaşların alış-veriş zamanı ödədikləri ƏDV-nin geri qaytarılmasına başlamağı planlaşdırırıq. O vaxta qədər qaydalar və digər qanunvericilik aktları da təsdiq edilməlidir".

Mətbuat konfransında riskli vergi ödəyicilərinin müəyyən edilməsi məsələsinə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov aydınlıq gətirərək bildirib ki, riskli vergi ödəyiciləri ilə mübarizə məqsədilə vergi orqanları çarpaz elektron təhlillər aparır, vergi ödəyicilərini intizamlı olmağa dəvət edir: "Riskli vergi ödəyiciləri anlayışını Vergi Məcəlləsinə gətirməklə bütün vergi ödəyicilərinə göstərilir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq meyarlara uyğun olan şəxslər artıq riskli vergi ödəyiciləridir. Onlarla bağlı görüləcək tədbirlər Məcəllədə əksini tapıb".

N.Şirinovun sözlərinə görə, gələn ildən riskli vergi ödəyicilərinin apardığı əməliyyatlar üzrə onlar tərəfindən təqdim edilən elektron qaimə-fakturalar üzrə əvəzləşmələr qəbul edilməyəcək. Həmin e-qaimələr həm də mənfəət və gəlir bəyannaməsində xərc sənədi kimi tanınmayacaq. Riskli vergi ödəyicisinin artıq ödəməsi yarandıqda həmin məbləğ onlara müvafiq nəzarət tədbirləri başa çatdıqdan sonra geri qaytarılacaq. Riskli vergi ödəyicisinin borcları yaranarsa, əmlakının dərhal siyahıya alınması həyata keçirilə bilər. Əgər vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.

Məsələyə münasibət bildirən Sahib Ələkbərov əlavə edib ki, vergi ödəyicisi şəxsi elektron kabinetində əməliyyat aparmaq istəyərkən ekranda ona əməliyyat apardığı şəxsin riskli vergi ödəyicisi olması barədə xəbərdarlıq ediləcək. Əgər vergi ödəyicisi buna məhəl qoymayıb əməliyyatı başa çatdırsa, ona yenə xəbərdarlıq ediləcək: "Həmin xəbərdarlıqlardan sonra onun vergi müfəttişinə hər hansı irad tutmağa sözü olmayacaq. Bəzən sənəd üzərində əməliyyat aparan və real vergi öhdəliklərini yerinə yetirmədən ƏDV-nin geri qaytarılmasını istəyənlər olur. Məsələ qanunvericiliyə bunun qarşısını almaq üçün gətirilib".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6463.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!