ƏDV tutulan əməliyyatın vaxtının hesablanması

2019-12-10 | Vergilər | 3106

Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir.

Əvvəlki şərh üçün bax:

https://muhasib.az/

Misal 1.

ƏDV ödəyicisi olan "A" MMC 15 yanvar 2020-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların 540 manatlıq ƏDV dəyəri 30 yanvar 2020-ci il tarixdə, 3.000 mantlıq tam məbləğ isə 6 fevral 2019-cu il tarixdə daxil olub. Bu zaman vergi ödəyicisi yanvar yox, ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 540 manatlıq ƏDV-ni bəyan edəcək.

Misal 2.

ƏDV ödəyicisi olan "A" MMC 17 yanvar 2020-ci il tarixdə 2.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 30 yanvar 2020-ci il tarixdə, ƏDV məbləğini isə 3 fevral 2020-ci il tarixə ödəyib. Malların ƏDV-siz dəyəri yanvar ayında daxil olduğu üçün vergi ödəyicisi həmin ayın bəyannaməsində 360 (2000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3.

Vergi ödəyicisi 4.000 manatlıq mallları 3 fevral 2020-ci ildə təqdim etsə də, malların dəyəri 24 yanvar 2020-ci il tarixdə avans olaraq ödənilib. Bu zaman, malların fevral ayında təqdim olunmasa baxmayaraq, mallar dəyəri yanvar ayında ödənildiyi üçün, vergi ödəyici həmin ayın bəyannaməsində 720 (4000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 4.

Vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan mallar üzrə avans məbləği olaraq 22 yanvar 2020-ci ildə 5.000 manat ödənilib. Amma mart ayında vergi ödəyicisi qarşı tərəfə malları təqdim edə bilmədiyi üçün ödənilən avans məbləğini geri ödəməli olub. Bu zaman vergi ödəyicisi yanvar ayının bəyannaməsində 900 (5000x18%) manatlıq ƏDV-ni bəyan etdiyi üçün, mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirmə aparmaqla həmin dövriyyəni azaltmalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6093.html

Vergilər bölümünün son xəbərləri

2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!