MMC-nin adının dəyişdirilməsi

2019-11-30 | Hüquq | 157

Vergilər Nazirliyinin şərhinə əsasən, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə" formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-in, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir. Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin "Bir pəncərə" bölməsinin "Lazımi sənədlər" alt bölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə "Xidmətlər" bölməsinin "Vahid standartlar" alt bölməsindən əldə edə bilərsiniz.

Mənbə: https://vergiler.az/news/taxes/5800.html

Hüquq bölümünün son xəbərləri

2019-11-30 | Hüquqi şəxsin təsisçisinin dəyişilmə proseduru
2019-11-30 | Vergi ödəyiciləri fəaliyyətlərini müvəqqəti dayandırarkən atmalı olduqları addımlar
2019-11-30 | MMC-nin adının dəyişdirilməsi
2019-11-20 | Təsisçisi və direktoru eyni şəxs olan və heç bir fəaliyyət göstərməyən MMC-nin başqa şəxsə satılma və ya bağışlanma prosesi
2019-11-13 | Publik hüquqi şəxslərə dövlət nəzarətinin tətbiq edilməsi və gəlirlərinin mənfəət vergisinə cəlb olunması təklif edilir
2019-11-07 | Yalan əqd üzərindən əməliyyat aparanlar üçün qanun sərtləşdiriləcək
2019-10-15 | Azərbaycanda böyük şirkət parçalanır – AÇIQLAMA
2019-09-11 | Mülki və iqtisadi mübahisələrin barışıq yolu ilə həlli qaydası müəyyənləşib
2019-09-10 | Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması qaydası
2019-08-27 | Valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələndi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!