Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təkrar mənzil bazarının canlanmasına səbəb olacaq

2019-11-19 | İqtisadiyyat | 411

Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Onlardan biri daşınmaz əmlak satışı ilə bağlıdır: təklifə əsasən, fiziki şəxslər qeydiyyatda olduqları yaşayış sahələrini təqdim edərkən vergi güzəşti əldə edəcəklər. Əgər onların qeydiyyatı 3 ildən artıq olarsa, bu zaman əmlak satışından əldə etdikləri gəlirlər vergiyə cəlb edilməyəcək. Qeyd edək ki, hazırda bu müddət 5 ildir. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsinin də vergidən azad edilməsi təklif edilib.

Yenilikləri şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə əmlak satışı ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirib. Onun fikrincə, yenilik təkrar mənzil bazarının canlanmasına səbəb olacaq: "İlk növbədə, bu dəyişikliklər alğı-satqı əməliyyatlarının davamlı olaraq artması ilə nəticələnəcək. Vətəndaşların bir hissəsi öz kapitallarını, gələcək üçün saxlamaq istədikləri pullarını daşınmaz əmlakda saxlamağa üstünlük verirlər.

Lakin vergi ilə bağlı məsələlər onları daşınmaz əmlaka investisya etməkdən çəkindirir. Düşünürlər ki, gələcəkdə həmin əmlakı satışa çıxardıqda əlavə vergi vermək məcburiyyətində qalacaqlar və son nəticədə bu əməliyyatlarda zərər edəcəklər. Buna görə də əmlak biznesi ilə məşğul olan şəxslər bir qədər gözləmə mövqeyinə çəkilmişdilər. Əlavə vergi ödəmək istəmirdilər. Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər həmin şəxslərin biznesini canlandırmağa təkan verəcək".

Qüvvədə olan qanunvericiliyin əmlakların qiymətlərinə də təsir göstərdiyini vurğulayıb: çox vaxt vətəndaşlar öz əmlaklarını 5 ildən tez müddətdə satdıqda vergiyə cəlb olunacaqlarını biləndə həmin məbləği əmlakın satış qiymətinin üzərinə əlavə edirdilər və bu, bazarda qiymətlərin bahalaşmasına səbəb olurdu. Əmlaklar baha olanda isə, bazarda alıcıların sayı azalır: "Daşınmaz əmlak bazarında təklif azaldıqca tələb artırsa, qiymətlərin enməsini müşahidə etmək mümkün deyil. Çünki tələbat yüksək səviyyədə olur. Yeni dəyişikliklər, ilk növbədə, əmlak alğı-satqısında əməliyyatların həcminə müsbət təsir göstərəcək. Gələn ildən əməliyyatların intensivləşməsi gözlənilir".

R.Qasımzadənin sözlərinə görə, vergi yükünün bir qədər azaldılması və müddətin 3 ilə endirilməsi daşınmaz əmlak bazarında qiymətlərin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Bu baxımdan, vergi yükünün azaldılması ümumilikdə bazardakı dinamikaya müsbət təsir göstərəcək.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/economy/5578.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-08-07 | Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
2020-08-07 | Milli Məclisin növbədənkənar sessiyasının iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
2020-07-18 | Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır
2020-07-04 | Şahmar Mövsümov: Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, iş gedir
2020-07-04 | Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…
2020-07-04 | Xüsusi karantin rejiminin tələbləri ilə bağlı sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifə və öhdəliklər
2020-07-04 | Ticarət obyektlərində karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir
2020-07-03 | COVİD-19 PANDEMİYASI DÖVRÜNDƏ ŞİRKƏTLƏRDƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ NƏZARƏT MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb
2020-06-23 | Birdəfəlik ödəmə vətəndaşların banklar tərəfindən təqdim edilmiş kartlarına köçürüləcək

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!