Gəlirdən çıxılan və çıxılmayan xərclər

2019-11-19 | Vergilər | 556

Mövzunu "BSC" şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Ekspertin mövqevi Vergilər Nazirliyinin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Vergi Məcəlləsinin 10-cu fəslinə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. "BSC konsalting" şirkətinin maliyyə direktoru Arzu Xəlilova gəlirdən çıxılmasına məhdudiyyət qoyulmuş xərclər haqqında şərh verib.

Qanunda qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.

Bundan əlavə, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakterli olduqda, müvafiq olaraq bu fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Əməkhaqqı kartlarının alınmasına çəkilən xərcdən başqa, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Ezamiyyə xərclərinə gəldikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan ezamiyyə xərci gəlirdən çıxılır, normadan artıq olan hisssəsi isə müvafiq sənədlərlə təsdiq olunmaqla müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir.

Diqqətinizə bir daha çatdırmaq istərdim ki, nəzarət-kassa aparatının çeki və ya qəbzlər malların, xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Yalnız banklar və xüsusi notariuslar tərəfindən verilən qəbzlər xərclərə aid edilə bilər.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin xərcə aid edilən məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamalıdır.

Ümüdsiz borcların gəlirdən çıxılan xərcə aid edilməsi ancaq iki şərtlə mümkündür:

1) Əgər bu məbləğ əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilibsə;

2) Bu ümidsiz borc məbləği artq dəyəri olmayan borc kimi təsdiq olunubsa.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinin də hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq faiz dərəcələri ilə məhdudlaşdırılır.

Məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərini artırır.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ya gəlirdən hesablanan hər hansı digər verginin və Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/video/5545.html

Vergilər bölümünün son xəbərləri

2020-01-24 | Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri
2020-01-24 | Ödəmənin aparıldığı vaxt
2020-01-24 | Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
2020-01-21 | Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik
2020-01-17 | Gəlir əldə edilməsi ilə bağlı çəkilən xərc - 3
2020-01-17 | Nazir müavini: Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək
2020-01-17 | Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır
2020-01-17 | Malların təqdim olunması prosesində rəsmiləşdirmə
2020-01-16 | ƏDV-nin hesablanması vaxtı dəqiqləşəcək

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!