Azərbaycanda vergi amnistiyası gözlənilir - PALATADA TOPLANTI

2019-11-07 | İqtisadiyyat | 2103

Maliyyə Bazarlarına Nəzarət Palatasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti görüşü keçirilib.

FED.az "Azərtac"-a istinadən xəbər verir ki, görüşdə kapital bazarının inkişafı ilə bağlı təkliflərin əks olunduğu təqdimat edilib, vergi amnistiyası, kütləvi yerləşdirmələrə dəstək, kütləvi təklif edilmiş istiqrazlara zəmanətin verilməsi, emitentlərə vergi güzəştlərinin verilməsi, emissiya prosesinin sadələşdirilməsi, institusional investorlara dair tələblərin sadələşdirilməsi (ödəmə mənbəyindən vergilərin ödənilməsindən azad etmə), həmçinin bankların investisiya şirkətlərinin agentləri qismində çıxış etmə imkanının yaradılması, ticarətin elektronlaşması mövzuları əhatə olunub.

Bundan əlavə, təqdimatda növbəti ilin icra və kommunikasiya planı ilə bağlı ilkin təkliflər müzakirə edilib, kiçik və orta sahibkarların maliyyələşdirilməsi məsələsinə baxılması qərara alınıb.

Sonda təqdim olunmuş bir çox məsələlərin layihə formatına salınaraq Komissiyaya təqdim edilməsi qərara alınıb.

Mənbə: https://www.fed.az/az/biznes/azerbaycanda-vergi-amnistiyasi-gozlenilir-palatada-toplanti-66828

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!