Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu və ehtiyaс meyarı müəyyən edilibdir.

2019-10-23 | İqtisadiyyat | 465

Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

"Report" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xatırladaq ki, 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat, yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi

Mənbə: https://report.az/maliyye/gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyari-aciqlanib22102019/

İqtisadiyyat bölümünün son xəbərləri

2019-12-11 | Daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər cərimələnəcəklər
2019-12-10 | Gələn il işəgötürənlərin sosial ödənişləri necə hesablanacaq?
2019-12-06 | Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib
2019-12-05 | Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodu ləğv edilib
2019-12-04 | Vergi qanunvericiliyində edilən dəyişiklik ədalətsiz rəqabətin qarşısını alacaq
2019-12-04 | Gələn ildən POS-terminalların istifadəsindən imtina edən obyektlərə qarşı maliyyə sanksiyası tətbiq olunacaq
2019-11-30 | Yeni ƏDV inzibatçılığı ölkə iqtisadiyyatına müsbət təsirlər göstərəcək
2019-11-30 | Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
2019-11-19 | Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təkrar mənzil bazarının canlanmasına səbəb olacaq
2019-11-15 | Deputatdan etiraz: Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!