Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib

2019-09-26 | Sertifikasiyalar | 244

Vergilər Nazirliyi vergi siyasəti, aparılan islahatlar, qanunvericilikdə edilmiş dəyişikliklər və vergi sistemində baş verən müxtəlif yeniliklər haqqında maarifləndirmə işlərinin aparılması üçün müasir alətlərdən istifadə edir.

Xeberler.az bildirir ki, nazirliyin informasiya orqanı olan “vergiler.az” internet portalı informasiya siyasətində maarifləndirici və məlumatlandırıcı xəbərlər, məqalələr və müsahibələrlə yanaşı interaktiv məlumatlandırma metodlarını da tətbiq edir. Saytda vergi ödəyicilərinin, jurnalistlərin və ictimaiyyətin digər nümayəndələrinin marağına səbəb olan “Ekspert baxışı”, “Sual-cavab”, “Rəsmi cavab” kimi maarifləndirici rubrikalar istifadəyə verilib. Geniş auditoriya toplamış bu rubrikalar sosial şəbəkələrdə də maraqla izlənilir.

“vergiler.az” saytında ictimaiyyətin maarifləndirilməsi işlərinin davamı olaraq “Vergi dərsi” adlı yeni rubrika başlayır. Elektron təhsil metoduna əsaslanan həftəlik rubrikada vergilərlə bağlı məsələlər tədris olunacaq. “Vergi dərsi”ndə vergi sahəsi ilə bağlı mövzular aydın, sadə və izahlı formada təqdim olunacaq. Seçilmiş mövzular Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov tərəfindən izah olunacaq. Rubrikada mövzular vergi barədə ilkin biliklərdən başlayaraq bu sahədə bütün istiqamətləri mərhələli şəkildə əhatə edəcək. Vergi sistemini dərindən öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha praktik biliklərə yiyələnəcəklər.

Mənbə: https://xeberler.az/new/details/vergiler.az-saytinin-yeni-rubrikasi-istifadeye-verilib--24220.htm

Sertifikasiyalar bölümünün son xəbərləri

2019-09-26 | Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib
2019-01-15 | Barattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.
2018-11-07 | Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti Bakıda ödənişsiz silsilə seminarlar keçirir.
2018-10-09 | Mühasiblərin peşəkar sertifikasiyası - xarici təcrübə (Polşa).
2018-06-06 | Maliyyə Nazirliyi KOS-də çalışan mühasibləri pulsuz treninqə dəvət etdi
2018-03-01 | UNEC-də vergi sahəsində təlim kurslarına start verilib
2017-09-14 | Vergilər Nazirliyinin Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanları təşkil edilib
2015-07-14 | Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.
2015-05-15 | Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!
2014-04-30 | "CFA-I" imtahanına hazırlıq kursu

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!