Valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələndi.

2019-08-27 | Hüquq | 666

Qaradağ Rayon Məhkəməsində "Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən 2115 manat) məbləğində cərimə edilməsi barədə qərar çıxarılıb.

Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Fl Trans” MMC Rusiyadan “Ессентуки №4” və “Ессентуки №17” mineral sularının tədarükünü həyata keçirən şirkətdir.

Mənbə: http://marja.az/news/46483?title=azerbaycana-essentuki-mineral-sularini-getiren-sirket-cerimelenib

Hüquq bölümünün son xəbərləri

2020-03-26 | Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası - DƏYİŞİR
2020-03-26 | Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası - DƏYİŞİR
2020-03-26 | Azərbaycanda pay torpaqları ilə bağlı mühüm qərar
2020-03-26 | Yeni bələdiyyə müəssisələri yaradılacaq
2020-03-17 | Satınalma qaydalarında dəyişikliklərin üstün cəhətləri
2020-03-13 | MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?
2020-03-07 | MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?
2020-02-25 | Debitor borclar üzrə iddia müddəti
2020-01-24 | Azərbaycanda inzibati-iqtisadi məhkəmələr - LƏĞV EDİLİB
2019-11-30 | Hüquqi şəxsin təsisçisinin dəyişilmə proseduru

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!