Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib

2019-07-31 | İqtisadiyyat | 328

Azərbaycana idxal edilən istismar edilmiş avtonəqliyyat vasitələrinə dair norma müəyyənləşib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edib. Beləliklə, traktorlar, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri (avtobuslar), yük-sərnişin avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələri və yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri Azərbaycana idxal edilərkən yürüş məsafəsindən asılı olmayaraq, zavod buraxılış tarixindən 1 il və ya daha çox ili ötübsə, istismar olunmuş avtonəqliyyat vasitəsi kimi qəbul ediləcək və buna müvafiq olaraq idxal gömrük rüsumu tətbiq olunacaq. Xatırladaq ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, təzə traktorlar idxal gömrük rüsumundan azaddır. İstismar edilmiş traktorlara 5 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinə gəlincə, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş təzə avtomobillər, hava limanlarında sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş təzə avtobuslar idxal gömrük rüsumundan azad olunub. Bu kateqoriyadan digər təzə avtomobillərin mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar gömrük rüsumu müəyyənləşib. Bu kateqoriyadan istismar olunmuş xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər idxal gömrük rüsumundan azad olsa da, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş istismar olunmuş avtobusların mühərriklərinin hər 1 kubsantimetri üçün 3 1,2 dollar hesablanmaqla, idxal gömrük rüsumu müəyyənləşib.

Qüvvədə olan "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə görə, yük-sərnişin avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələrinə (8702 mal mövqeyinin mühərrikli nəqliyyat vasitələrindən başqa) gəlincə, sıxılmadan alışan porşenli daxili yanma mühərrikli (dizel və ya yarimdizel), və ya qığılcımdan alışan porşenli daxili yanma mühərrikli xüsusi olaraq qar üzərində hərəkət üçün nəzərdə tutulmuş təzə nəqliyyat vasitələri üçün mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar, digərləri üçün gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu müəyyənləşib, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər isə gömrük rüsumundan azad edilib. Ancaq bu kateqoriyadan istismar olunmuş xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınır. Bu kateqriyadan digər avtonəqliyyat vasitələrinin isə mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar hesablanmaqla, gömrük rüsumu müəyyənləşib.

Eyni zamanda, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin təzələri üçün 5 faiz, istismar olunmuşlar üçün isə mühərriklərinin hər 1 kubsantimetri üçün 0,7 dollar hesablanmaqla idxal gömrük rüsumu müəyyənləşib.

Mənbə: https://vergiler.az/news/economy/3350.html

İqtisadiyyat bölümünün son xəbərləri

2019-08-13 | Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.
2019-07-31 | Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib
2019-07-31 | Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var - EKSPERT RƏYLƏRİ
2019-07-26 | Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır
2019-07-26 | Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
2019-07-21 | Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq
2019-07-13 | Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib
2019-07-11 | Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib
2019-07-04 | Fiziki şəxslər üçün aylıq 35 manat sosial ödəniş müəyyənləşdirilməsini təklif edirik
2019-07-04 | Bu mağazalarda yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır - SİYAHI

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!