Baş mühasib

Şirkətin adı: AMORİS MMC
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 2 500 - 3 000
Son tarix : 2023-09-21
Telefon
E-poçt: nigaraliyeva@amogroup.az
Şirkət barədə məlumat Azərbaycanda bağçılıq və meyvəçilik sahəsində peşəkarlığı ilə tanınan “Amoris” MMC şirkəti olaraq, ölkəmizin səfalı guşələrində rəngarəng çeşiddə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi və topdansatışı ilə məşğul oluruq. Biz ən keyfiyyətli məhsulları insanlara çatdırmağı əsas məqsədimiz olaraq müəyyən etmişik.
İş barədə məlumat • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
• Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
• Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
• Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.
Tələblər • Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
• Baş mühasib kimi 5-8 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal sahəsində)
• PMS sertifikatı
• Komanda ilə işləyə bilmə bacarığı
• Əmək haqqı: 2500-3000 azn (Müsahibə əsasında təyin oluncaq)
• İş qrafiki: 6 günlük
• Həftə sonu şimal regionda yerləşən layihələrə ezamiyyət
Sair məlumat Nahar şirkət tərəfindən təmin olunur
CV lərinizi yuxarıda göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!