Mühasib təcrübəçi |
Şirkətin adı: |
FAM Group Consulting |
Vakansiya |
Mühasib təcrübəçi |
İş yeri (Şəhər): |
Bakı |
Əmək haqqı: |
Ödənişsiz |
Son tarix : |
2023-04-29 |
Telefon |
|
E-poçt: |
hr@famgroupconsulting.az |
Şirkət barədə məlumat |
“FAM Group Consulting” MMC “FAM Group” ailəsinə daxil olan şirkətlərdən biridir. 08.01.2019-cu iləd təsis edilmişdir. "FAM Group Consulting" MMC olaraq müştərilərimizə beynalxalq və yerli standartlara uyğun xidmətlər təklif edirik. |
İş barədə məlumat |
Təcrübə proqramına daxildir:
1. Bank və kassa əməliyyatlarının həyata keçirilməsi;
2. Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramında qeydiyyatının aparılması;
3. Müqavilələrin, Elektron qaimə fakturalarının, Hesab-fakturaların və Təhvil-qəbul aktlarının hazırlanması;
4. İnternet banking ilə yerli və xarici ödənişlərin həyata keçirilməsində iştirak;
5. Vergi bəyannamələrinin təqdim edilməsi;
6. Statistik hesabatların verilməsi;
7. Mühasibatlıq sahəsində kargüzarlıq işlərinin aparılması;
8. Mühasib tərəfindən icra olunan əməliyyatlarda iştirak etmək. |
Tələblər |
1. İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
2. Komanda ruhunda işləmək, məsuliyyətli, dürüst və dəqiq olmaq;
3. Təhlil aparmaq bacarığı;
4. MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
5. Xarici dil bilikləri (rus və ingilis) üstünlükdür.
6. Cari ildə məzun olacaq bakalavrlara və magistratura səviyyəsində təhsil alan şəxslərə üstünlük verilir. |
Sair məlumat |
1. 3 aylıq davam edəcək olan ödənişsiz təcrübə proqramının sonuda fərqlənən namizədlər şirkətdə qalıb işləmək şansı əldə edəcəklər.
2.Təcrübə vaxtı həftə içi 1-5-ci günlər part-time olaraq təcrübəçi ilə qarşılıqlı razılıq əsasında təyin edilir.
Uyğun namizədlər CV-lərini qeyd olunan mail ünvanına göndərə bilər:
Mənbə:
|