1C OPERATOR-MÜHASİB

Şirkətin adı: Small Medium Enterprises
Vakansiya 1C OPERATOR-MÜHASİB
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 600-800
Son tarix : 2022-11-09
Telefon (012) 533-01-11
E-poçt: hr@smeltd.az
Şirkət barədə məlumat smeltd.az
İş barədə məlumat Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

Şirkət haqqında ətraflı məlumat - smeltd.az

- 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
- Kreditorlar və debitorlarla üzləşmələrin aparılması
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 600-800 AZN
- Karyera yüksəlişi imkanı
Tələblər - İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 illik iş təcrübəsi
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli

- Dil bilikləri: Azərbaycan dili - Əla
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək

- Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma; Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik; Fərdi və komanda da işləmə bacarığı; Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək.
Sair məlumat

Mənbə: https://www.boss.az/vacancies/201442

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!