Audit şöbə müdiri

Şirkətin adı: Camal LTD Company
Vakansiya Audit şöbə müdiri
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1800-2000 AZN
Son tarix : 2022-08-06
Telefon
E-poçt: hr@iceland.az
Şirkət barədə məlumat
İş barədə məlumat Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Tələblər Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
Yaş həddi 30-45
Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı
Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə peşəkar səviyyədə biliklər
Sair məlumat 6 günlük iş həftəsi, tam iş günü
Nahar şirkət tərəfindən təmin olunur;
İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07
Maraqlanan namizədlərdən mövzu sətrində “Audit şöbə müdiri” qeyd etməklə CV ni hr@iceland.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!