Baş mühasib

Şirkətin adı: Metal Ve Yapi Sistemleri
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1500 AZN
Son tarix : 2021-12-22
Telefon
E-poçt: nata.ibrahimova@metalyapi.com
Şirkət barədə məlumat
İş barədə məlumat - Həftə içi 5 gün stabil is rejimi (saat 09:00-dan 18:00-dək), şənbə bazar- istirahət günləri
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
Tələblər - Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az 5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsinə üstünlük verilir) həmçinin 40-45 yas arasi xanim namizədlər CV göndərə bilər
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
Ingilis ve rus dilini əla səviyyədə bilmək
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədər öz CV formasını nata.ibrahimova@metalyapi.com elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Baş mühasib” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılib müsahibəyə dəvət olunacaqlar.
Sair məlumat

Mənbə: www.boss.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!