Aparıcı mühasib

Şirkətin adı: Alliance Hüquq Mərkəzi
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: Müsahibə əsasında
Son tarix : 2021-11-14
Telefon
E-poçt: j.sardarli@alc.az
Şirkət barədə məlumat
İş barədə məlumat Korporativ Hüquq və Kommersiya Hüququ sahəsində ixtisaslaşan Alliance Hüquq və Konsaltinq şirkəti artıq 10 ildir ki, Azərbaycan Respublikasında uğurla fəaliyyət göstərir. Qeyd edilən sahələrlə yanaşı biz, bir sıra hüquqi və fiziki şəxslərə maliyyə və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmətləridə göstəririk. Müştəri bazasının günü gündən artması səbəbilə ixtisaslı kadrların işə cəlb edilməsi ilə yanaşı biz müvafiq ixtisas üzrə təhsilini başa vuran şəxsləri işə cəlb edərək onların peşə vərdişlərinə yiylənməsinə yardımıçı olar və gələcəkdə onları işlə təmin edirik.
Tələblər Bu vakanasiya yalınız qeyd edilən tələblərə cavab verə biləcək şəxslər üçün elan edildiyindən CV göndərərkən namizədlərin daha məsuliyyətli və diqqətli olması rica olunur.
Xüsusi ilə vurğulamaq istərdik ki, seçiləcək namizədin yaxın gələcəkdə daha yüksək vəzifəyə (yüksək əmək haqqı ilə) təyin olunması planlaşdırıldığı üçün onun aşağıdakı tələblərə cavab verə bilməsi xüsusi əhəmiyyət kəsb edir
Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az 3 il iş tərcürbəsi, həmçinin yaşı 35-dən çox olmayan namizədlər CV göndərə bilər
BTM proqramı, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
E-qaimə, vergi hesab fakturaların tərtib edilərək göndərilməsivə Vergi orqanları ilə yazışmalar
Kassa və bank əməliyyatları(internet bankinq əməliyytları) və ödəniş tapşırıqlarının hazırlanması
Əmək haqqının, məzuniyyətin, ezamiyyənin, xəstəlik vərəqəsinin hesablanması və ödənilməsi, gəlir və xərclərin idarə olunması
Mal materila ehtiyatlarının və əsas vəsaitlərin alışı ilə bağlı sənədlərin yığılması və proqrama daxil edilməsi
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun
yata keçirilməsi
Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV deposit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşləmərin həyata keçirilməsi
Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi
AR-sı Əmək və Vergi məcəlləsini həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
Namizəd Azərbaycan dilini yaxşı səviyyədə bilməklə yanaşı rus və ingilis dilini ən az orta səviyyədə bilməlidir
Namizədin ünsiyyət qurma qabiliyyətinin və özünü sərbəst ifadə etmək bacarığının olması son dərəcə zəruridir
Namizəd komandada işləmək bacarıqlarına və liderlik keyfiyyətlərinə malik olmalıdır-
Microsoft Office proqramlarını və 1C proqramının son versiyasını yaxşı səviyyədə bilməli
Namizəd məsuliyyətli, dürüst və diqqətcil olmalı və yeni təşəbbüslərlə çıxış etməli
Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
Sair məlumat Ofisimiz Nərimanov rayonu, AM.Cümə küçəsi 1D ünvanında yerləşir (Heydər Əliyev Mərkəzinin yanı)
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək, Şənbə və bazar istirahət günüdür

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!