Baş mühasib

Şirkətin adı: Massi MMC
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 1000 AZN
Son tarix : 2021-11-14
Telefon
E-poçt: hrmassi2@gmail.com
Şirkət barədə məlumat Massi MMC şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət Azərbaycanda dünyanın nəhəng avtomobil markalarından olan Toyota, Chevrolet, Volkswagen, Ford və Hyundai avtomobillərinin lizinq yolu ilə satışını həyata keçirir. Massi MMC nin əsas məqsədlərindən biri də avtomobillərin müştərilərə üstün xidmət və yüksək keyfiyyətlə təqdim olunmasıdır. Bunun nəticəsi olaraq isə Massi MMC qısa müddət ərzində ölkənin ən üstün lizinq şirkətlərindən biri olmağı bacardı.
İş barədə məlumat Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır
Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsüm və ayırmaların ödənilməsini təşkil edir
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığ-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
Gündəlik və aylıq hesabatların tərtib edilməsi
Daxili hesabatların hazırlanması və təqdim olunması
Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı
Bəyannamələrin hazırlanması və göndərilməsi
Maliyyə hesabatlarının tərtib edilməsi
Vergi orqanlarının daxil olan məktublarının nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
E-portal proqramı ilə işləmək bacarığının olması
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Tələblər Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
Vergi məcəlləsini bilməli
Məsuliyyətli və işində dəqiq
Komandada işləmək bacarığı
İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır
Sair məlumat Xahiş olunur namizədlər CV-ni “Baş mühasib” başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.

Mənbə: www.offer.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!