Muhasib

Şirkətin adı: Azconstruction QSC
Vakansiya Muhasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2021-05-02
Telefon
E-poçt: hr@azcon.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi orqanları ilə yazışmalar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• Əmək haqqılarının hesablanması
• İş qrafiki: Bazar ertəsi – Cümə: 08:00-dan 17:45-dək
• Şənbə və bazar istirahət günləridir
Tələblər • Ali təhsilli
• B1-B3, Microsoft Office proqramlarını bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
• Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
• Əmək haqqı: razılaşma əsasında
• Staj: minimum 3 il (istehsalatda)
• Ərazi: Bakı
• İş rejimi: Tam iş günü (5 gün)
Sair məlumat İş vaxtı:Həftə içi 5 gün, saat:08:00-17:45

- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Mühasib" yazaraq hr@azcon.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!