Aparıcı mühasib

Şirkətin adı: Company
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər):
Əmək haqqı:
Son tarix : 2020-09-03
Telefon
E-poçt: ulkar.taghiyeva@arpa.org.az
Şirkət barədə məlumat Xidmət sahəsində fəaliyyət göstərən müəssə “Aparıcı mühasib” vəzifəsinə işçi axtarışı elan edir.
İş barədə məlumat • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
• Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
• DSMF, İşizlik, Statistik hesabatlarının hazırlanması və təqdim edilməsi;
• EQF, HF tərtib olunması və göndərilməsi;
• Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
• Vergi organı ilə yazışmaların aparılması;
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
• Kadr işinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Tələblər • Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
• AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;
• 1C, BTP, Excel, Elektron Hökümət Portalında sərbəst işləmək bacarığı.
• Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini yaxşı səviyyədə bilmək
• Müvafiq sahədə min. 3 il iş təcrübəsi;
Sair məlumat İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək.
Ofisin ünvanı: İstiqlaliyyət 31C, İçərişəhər metrosunun yanı.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Aparıcı muhasib" başlığı altında ulkar.taghiyeva@arpa.org.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!