İnsan resursları üzrə mütəxəssis

Şirkətin adı: Sirab ASC
Vakansiya İnsan resursları üzrə mütəxəssis
İş yeri (Şəhər):
Əmək haqqı:
Son tarix : 2020-05-24
Telefon
E-poçt: cv@sirab.az
Şirkət barədə məlumat Bababək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx
İş barədə məlumat - Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası;
- İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
Tələblər Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: İngilis - yaxşı, Rus – yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
- Kadr işinin təşkili, E-gov, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq;
- Yenilikçi və proaktiv yanaşma;

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.
Sair məlumat İş vaxtının norması:

- 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!