Mühasib

Şirkətin adı: Titan Group
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 800 - 1000 AZN
Son tarix : 2020-04-12
Telefon
E-poçt: hr@titan.az
Şirkət barədə məlumat
İş barədə məlumat • E-qaimə faktura tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
• Gündəlik kassa, bank əməliyyatlarının, İnternet-bankinq sistemi vasitəsilə köçürmələrin aparılması
• Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
• Pul hərəkəti hesabatlarının və mənfəət-zərərlər hesabartlarının hazırlanması;
• Mal-materialların və əsas vəsaitlərin uçotunun aparılması, istehsal olunmuş hazır məhsulun kalkulyasiyasının eləcə də, gömrük bəyannamələri əsasında idxal olunmuş malın kalkulyasiyasının çıxarılması və uçotu;
• Əmək haqqı, məzuniyyət, istifadə olunmamış məzuniyyət haqqının (son haqq-hesabın), eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və ezamiyyət məbləğlərinin hesablanması;
• Məşğulluq İdarəsinə, Dövlət Statistika Komitəsinə və Vergilər Nazirliyinə (ƏDV, Sadələşdirilmiş, MÖMV, ÖMV, Əmlak, Mənfəət, MDSS, İşsizlikdən sığorta) aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim olunması;
• Depozit hesabının və şəxsi vərəqənin idarə olunması;
• E-gov.az, e-taxes.gov.az portallarından istifadə və onlayn kargüzarlıq vasitəsilə ilə Vergi orqanları ilə yazışmaların aparılması;
• Aylıq balansın çıxarılması.
• Bank əməliyyatlarının aparılması və uçotda əks olunması;
• Kassa əməliyyatlarının sənədləşməsi və uçotunun aparılması
• Uçot bazasında ilkin sənədlər əsasında müxabirləşmələrin aparılması.
Tələblər • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
• Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri arzuolunandır
• İstehsalat sahəsində ən azı 1-3 il iş təcrübəsinə malik olmalıdır.
• ERP və 1C proqramlarında işləməyi bacarmalıdır.
• Stress altında işləməyi bacarmalıdır.
Sair məlumat Maraqlanan şəxslər hr@titan.az elektron poçt ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!