Aparıcı (Baş) mühasib

Şirkətin adı: İntex Audit
Vakansiya Aparıcı (Baş) mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-04-12
Telefon
E-poçt: vacancy@intexaudit.az
Şirkət barədə məlumat
İş barədə məlumat - Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
- Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00);
- Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)
Tələblər - Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Mühasibat uçotunu mükəmməl bilməlidir;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
- Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
- İdarəetmə bacarığı olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
- Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.
Sair məlumat Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az email ünvanına göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

Mənbə:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!