Aparıcı mühasib

Şirkətin adı: "AzInTelecom" MMC
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2020-03-31
Telefon
E-poçt: hr-department@azintelecom.az
Şirkət barədə məlumat Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
İş barədə məlumat Şöbə: Maliyyə departamenti/Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotunu Uçot siyasətinə əsasən aparmaq;
• Uçotu daxili şöbələrlə əlaqəli qurmaq;
• Bütün mühasibat hesablarının vəziyyətinə və düzgünlüyünə nəzarət etmək;
• Debitor və kreditor hesabatlarının hazırlanması, müştəri və təchizatçılarla üzləşmələrin aparılması;
• Birbaşa rəhbərin tapşırığı əsasında digər əlaqəli işlər.
Tələblər Tələb olunan bilik və bacarıqlar:
• Biznes detallarını anlama və analitik düşünmə bacarığı;
• Excel proqramından sərbəst istifadə bacarığı;
• Stressə davamlılıq;
• Dəyərlərə bağlılıq və loyallıq prinsipləri
• Komandada işləmə bacarığı;
• Tapşırıqları vaxtında və düzgün yerinə yetirmə bacarığı;
• Konfidensiallıq
Təhsil:
• Ali (iqtisad və ya maliyyə sahəsində)
Dil bilikləri: Azərbaycan, rus, ingilis dili (arzu olunan)
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 5 il
Xüsusi tələblər:
• ACCA F2, F3;
• DipİFR diplomu arzuolunandır;
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
Sair məlumat CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!