Böyük Mühasib

Şirkətin adı: 166 Yükdaşıma və Logistika
Vakansiya Böyük Mühasib
İş yeri (Şəhər): Baki
Əmək haqqı:
Son tarix : 2020-03-25
Telefon
E-poçt: cv@166.az
Şirkət barədə məlumat
İş barədə məlumat • E-Qaimələrin sistemə vurulması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi bacarığına malik olmalı
• Aylıq,rüblük,illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
• Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
• Əmək haqqı, məzuniyyətlərin aparılması
• Vergi və muhasibat uçotunun aparılması
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq.
Tələblər • Maliyyə, mühasibat uçotu, və ya iqtisadiyyat üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Mühasibat uçotunun siyasəti və proseduru haqqında biliklər;
• Excel-də yüksək səviyyədə işləmə bacarıqları;
• Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə;
• 1C proqram üzrə mükəmməl səviyyədə biliklər;
• Proses axınının tənzimlənməsi üzrə təcrübə
Sair məlumat Vakansiyaya müraciət üçün, CV formanızı cv@166.az elektron poçtuna “Böyük mühasib” mövzusu ilə göndərməyiniz xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!