Maliyyə ixtisaslaşması bölməsinin meneceri

Şirkətin adı: Barattson School of Business & Finance
Vakansiya Maliyyə ixtisaslaşması bölməsinin meneceri
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 600-1000 AZN
Son tarix : 2020-03-03
Telefon
E-poçt: vacancy@barattson.com
Şirkət barədə məlumat Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.
İş barədə məlumat - Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
- Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
- Tələbə - müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,
- Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
- Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
- İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
- Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək
- Tələb olunduqda təşkilatın layihələrində iştirak etmək
- Dil bacarıqları: Azərbaycan dili - əla (native), - İngilis dili - upper - intermediate, Rus dili - üstünlükdür
- İş qrafiki : 6 iş günü
Tələblər - Ali təhsil
- CFA və ACCA haqqında biliklər (Maliyyə sahəsi üzrə sertifikatların olması üstünlükdür)
- Operativ işləmə bacarığı
- İdarəetmə təcrübəsi ( 1 ildən artıq)
- Pedoqoji qabiliyyət
- Ünsiyyət bacarığı
- Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə Ms Excel
Sair məlumat Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!