Mühasib (mal - material və əsas vəsaitlər üzrə)

Şirkətin adı: Azərşəkər LLC
Vakansiya Mühasib (mal - material və əsas vəsaitlər üzrə)
İş yeri (Şəhər): Baki
Əmək haqqı:
Son tarix : 2020-02-28
Telefon
E-poçt: mailto:hr@azsf.az
Şirkət barədə məlumat 2017-ci ildən fəaliyyətə başlayan "Azərşəkər MMC" kənd təsərrüfatına yeni nəfəs, müasir texnologiyalar və yerli fermerlərə əvəzsiz imkanlar gətirir. Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət etməyi, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından, müasir suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadəni nəzərdə tuturuq.

Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir.
İş barədə məlumat • Anbar fəaliyyətinin təşkili və mal-material ehtiyatlarının idarə olunması, o cümlədən sifarişlərin yerinə yetirilməsi sistemi, müvafiq əməliyyatların lazimi səviyyədə təşkili, inventar siyahılarının dəqiqliyi kimi sahələrə aid məsələlərin bütün cəhətlərini bilməsi;
• Mal-material ehtiyatlarının hərəkətinin, avadanlıqların və əsas vəsaitlərin idarə olunması və saxlanmasının bütün mərhələlərində anbar fəaliyyətinin ən yüksək standartlara uyğun şəkildə təşkil olunmasının təmin edilməsi;
• Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkətinin qanunvericilik və mühasibat standartlarına uyğun uçotun təmin edilməsi;
• Anbarlar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) müntəzəm olaraq alınmasına və düzgün tərtib olunmasına, proqram təminatına vaxtında işlənməsinə nəzarət edilməsi;
• Regionlar üzrə təsərrüfatlarda mal-materiallar ehtiyatlarının, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin proqram təminatına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı üzrə mal-materiallar ehtiyatları üzrə imzalı hesabatların təqdim edilməsinə nəzarət edilməsi;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq mal-materiallar ehtiyatlarının silinməsinin yoxlanılması;
• Baş ofis və regionlarda ay, rüb və il sonlarında əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesinin aparılması, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar və məbləğ, kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.
Tələblər • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
• Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
• Regionlara mütəmadi səyahət etmək imkanının olması (ay ərzində iki dəfə)
• Kompüter bilikləri: MS Office/Excel, 1C 8.3 proqramında mükəmməl işləmə bacarığı
• Nəzarət etmək və yerində təlimat vermək bacarığı
• Azərbaycan dili mütləq, digər dil bilikləri üstünükdür.
Sair məlumat Maraqlanan şəxslər öz CV formalarını "Mühasib" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!