Baş mühasib

Şirkətin adı: Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Kürdəmir rayonu
Əmək haqqı:
Son tarix : 2020-02-16
Telefon
E-poçt: step@pomegranate.az
Şirkət barədə məlumat Layihə: “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətləri icra ediləcək.
İş barədə məlumat • Maliyyə idarəetməsini asanlaşdırmaq və inkişaf etdirmək, maliyyə nəzarəti və şəffaflığı artırmaq, xərclərin təhlilini asanlaşdırmaq üçün maliyyə uçotu və hesabat sistemini qurmaq;
• Yerlərdə maliyyə monitorinqi və nəzarəti həyata keçirmək;
• Layihənin iş planı və büdcəsini koordinasiya etmək;
• Büdcə fərqliliyi təhlili daxil olmaqla aylıq maliyyə hesabatlarını hazırlayıb Layihə menecerinə təqdim etmək;
• Əməliyyat xərcləri, avans ödənişlər, ƏDV və s. sistemli qeydiyyatı və izlənilməsini, bütün maliyyə sənədlərinin, o cümlədən qəbzlərin toplanılmasını təmin etmək;
• Xərclərə qənaət strategiyalarının hazırlanması və həyata keçirilməsi;
• E-Qaimə və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatları həyata keçirmək;
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək;
• Daxil olan materialların və xidmətlərin uçotunu aparmaq;
• Əsas vəsait və qeyri-maddi materialların uçotunu aparmaq;
• İnzibati və kommersiya xərclərinin uçotunu aparmaq;
• Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və onlara nəzarət etmək;
• Şirkətin kassa uçotunun aparılması;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət etmək;
• Əməliyyatları 1C proqramında aparmaq;
• Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları aparmaq;
• Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması.
Tələblər • Maliyyə, mühasibatlıq və ya digər müvafiq sahədə ali təhsil;
• Baş mühasib kimi ən azı 5 il iş tərcrübəsi;
• 1C, Excel və Word proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı, E-portal proqramı ilə işləmək bacarığının olması;
• Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə biliklər.
Sair məlumat Maraqlanan namizədlərdən öz CV-lərini step@pomegranate.az poçt ünvanına, mövzu bölməsində “Baş mühasib” yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!