Anbardar

Şirkətin adı: Damla Mebel MMC
Vakansiya Anbardar
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-12-18
Telefon
E-poçt: hr@damlamebel.az
Şirkət barədə məlumat Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
İş barədə məlumat  İstehsal sahələrindən hazır məhsulların anbara yerləşdirilməsini təmin etmək;
 Hazır məhsulların maşınlara yoxlayaraq barkod sisteminə əsasən yüklənməsini təmin etmək;
 Anbar sayımlarının aparılmasını təmin etmək;
 Tabeçiliyində olan fəhlələrin işini idarə etmək;
 Anbar müdirinə hesabatlar təqdim etmək.
 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Əməkdaşın bilik və bacarığına əsasən müəyyən ediləcək;
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.
Tələblər  Ali təhsilli;
 Aidiyyatı sahədə 3-4 il iş təcrübəsi;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Yüksək idarəetmə qabiliyyəti;
 Analiz etmə bacarığı;
 Dəqiqlik və diqqətlilik;
 Word, Exel, proqramlarından istifadə bacarığı;
Sair məlumat Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!