Kiçik Mühasib

Şirkətin adı: Kontakt Home
Vakansiya Kiçik Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-12-12
Telefon
E-poçt: hr@kontakt.az
Şirkət barədə məlumat "Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
İş barədə məlumat - Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Yük Gömrük Bəyannamələrinin işlənilməsi;
- Məhsulun maya dəyərini formalaşdıracaq əməliyyatların icrası;
- Əməliyyatların qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
- Təhtəlhesab şəxslərin əməliyyatlarının işlənilməsi və qalığının yoxlanılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Satış əməliyyatlarının işlənilməsi;
- Proqramda anbar qalıqlarına nəzarət olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Tələblər - Ali iqtisadi təhsil;
- Mühasibatlıq üzrə ən azı 1 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli.

Arzuolunan tələblər:

1C proqramı ilə işləmə bacarığı;
Vergi məcəlləsi biliyi.
Sair məlumat Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kiçik Mühasib” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!