Mühasib

Şirkətin adı: Royal Foods Ltd
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 800 - 1000 AZN
Son tarix : 2019-11-20
Telefon
E-poçt: info@royalfoods.az
Şirkət barədə məlumat
İş barədə məlumat - İş qrafiki : həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Həftənin 6-cı günü qisa iş günü
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi
- Şirkətin mühasibat uçotunun sərbəst şəkildə aparılması

Tələblər - Müvafiq sahə üzrə ali təhsil
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
- Vergi, əmək qanunvericilikləri üzrə tam məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal- materialların uçotunun yüksək şəkildə aparılması
- Balansın çıxarılması
Sair məlumat Mənbə:www.boss.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!