Baş mühasib

Şirkətin adı: Bioloji Təbabət Klinikası
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-11-26
Telefon
E-poçt: hr@btk.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi.
• Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi.
• DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.

İş şəraiti:

• İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
• İstirahət: Bazar günü;

Əmək haqqı:

Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
Tələblər • Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
• Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə)
• Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
• MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
• ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
• Komanda ilə işləmə qabiliyyəti.
• Operativlik, məsuliyyətlilik.
• Analitik düşünmə, analiz etmə, diqqətlilik.
• Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
• Ədalətlilik və düzgünlük.
Sair məlumat Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində “Baş mühasib” qeyd edərək CV-nizi hr@btk.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!