Mühasib

Şirkətin adı: Varidat Məsləhət Şirkəti MMC
Vakansiya Mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı: 300 AZN
Son tarix : 2019-11-24
Telefon
E-poçt: hr@varidat.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Mühasibatlıq əməliyyatlarının 1C 7.7 sisteminə daxil edilməsi
• Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi
• Əmək haqqlarının hesablanması
• Vergi uçotunun hazırlanması, vergi bəyannamələri və hesabatların hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
• DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi
• İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək , Şənbə günü saat 10:00-dan 15:00-dək.
Tələblər • Ali təhsilli (İqtisadiyyat, maliyyə və mühasibatlıq)
• Azərbaycan dilini səlis bilməli
• e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, BTP, 1C 7.7)
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Minimum 1 il iş stajı
• Rus dili bilikləri
Sair məlumat Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@varidat.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!