Baş mühasib

Şirkətin adı: Mətanət A
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-11-10
Telefon
E-poçt: hr@matanata.com
Şirkət barədə məlumat
İş barədə məlumat  Təhtəl şəxslərlə hesablaşmaların uçotunun aparılması;
 Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
 Digər kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması;
 Mal-material uçotu;
 Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi;
 Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi;
 İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması;
 İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi;
 Kreditor və debitorlar ilə üzləşmələrin aparılması.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə.
Tələblər  Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
 İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan;
 Yaş həddi: 30-50
 Dil bilikləri: Azərbaycan və Rus dili;
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
 Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı;
 Vergi qanunvericiliyini mükəmməl bilmək

Şəxsi keyfiyyətləri:

 İşə planlı yanaşmaq bacarığı;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Sair məlumat CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!