Baş mühasib

Şirkətin adı: Group Motors
Vakansiya Baş mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-10-09
Telefon
E-poçt: cv@groupmotors.az
Şirkət barədə məlumat
İş barədə məlumat • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Vergi və mühasibat uçotunun aparılmasına nəzarət;
• Debitor və kreditor hesablaşmaların aparılmasına nəzarət;
• Əmək haqqı, məzuniyyətlərin hesablanması nəzarət;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
Tələblər • Yaş: 28-38;
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə). Beynalxalq dərəcə DipİFR, ACCA, CİMA üstünlük veriləcək;
• Baş mühasib sahəsində iş təcrübəsi (3 ildən artıq). Avtomobil sahəsində çalışanlara üstünlük veriləcək;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• 1C (8.3) proqramında işləmək bacarığı;
• Beynalxalq standartlara üyğün Maliyyə hesabatlarını yığmaq və oxumaq bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Qərarvermə qabiliyyəti.
Sair məlumat Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Mənbə: https://www.jobsearch.az/

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!