Aparıcı mühasib

Şirkətin adı: Optimal Electronics LLC
Vakansiya Aparıcı mühasib
İş yeri (Şəhər): Bakı
Əmək haqqı:
Son tarix : 2019-07-30
Telefon
E-poçt: recruitment@optimal.az
Şirkət barədə məlumat "Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Aparıcı mühasib
İş barədə məlumat • Aylıq, rüblük maliyyə hesabatlarının hazırlanması, bağlanması və prosesin təşkili;
• Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərinin aparılması;
• Müvafiq vergi uçotunun, idarəetmə uçotu və maliyyə hesabatının verilməsi üçün 2016-cı il üzrə mühasibatlığın ERP sisteminə (1C) daxil edilməsinin icrası;
• ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
• Səmərəli mühasibat uçotu sisteminin qurulması və inkişaf etdirilməsində iştirak;
• BMHS -ə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması;
• Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqə
Tələblər • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 2 il iş təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir);
• SAP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir
Sair məlumat İş şəraiti.

Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə , bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini recruitment@optimal.az ünvanına və ya saytın vakansiya bölməsinə göndərə bilərlər.

Elektron məktubun mövzu bölməsində "Aparıcı mühasib" sözünü qeyd etməyi unutmayın!

Müraciət üçün son tarix: 30.07.2019

Mənbə:www.jobsearch.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!