Sual - Cavab
Sual ver | Bütün suallar
| Sual  Vergi ödəyicisi çınqıl və qum istehsalı ilə məşğul olur. ƏDV qeydiyyatına alınan tarixdən qabaq mal qalığı təqdim edilərkən həmin mala ƏDV tətbiq edilməlidirmi?  | |
| Cavab  Vergilər Nazirliyindən bildirilib ki, sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.
  Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.  
 | 

