Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Salam. İşçi qarabağ əlilidir, 25 ildən artıq işləyir, AR Əmək Məcəlləsinin 120-ci madddəsinə görə 46 gün məzuniyyət verilir. 46 günün üstünə staja görə də 6 gün gəlmək lazımdırmi? Və necə yazılır?


Cavab

Salam.

AR Əmək Məcəlləsinin 120-ci maddəsinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Lakin, həmin işçilərə AR Əmək Məcəlləsinin 116.3 maddəsinə əsasən əmək stajına görə əlavə məzuniyyətlər verilmir.

2019-06-10 | Kadr işi | Baxılıb: 544 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!