Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Mən 21 oktyabr 2017 ciil tarixdə işə baslamışam. Mənim məzuniyyət haqqım hesablanarkən oktyabr ayının butov ay kimi götürülməsi düzgündürmü? Yəni oktyabr ayını yarımçıq işləmişəm.


Cavab

Salam.

AR Əmək Məcəlləsinin 140.2 Maddəsinə əsasən:

"2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır."

Maddədə göründüyü kimi, məzuniyyət haqqı "tam təqvim aylarına əsasən hesablanır". Beləliklə, Sizin suala əsasən hesablama noyabr ayından başlayacaq.

Əgər işçi, 12 aydan çox işləyibsə, o zaman, yenədə istər-istəməz tam aylar götürüləcəkdir.

Sağolun.

2018-01-03 | İdarəetmə uçotu | Baxılıb: 2446 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!