Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

İşçinin günahına görə hesabat vaxtında təqdim edilmədiyi üçün DSMF tərəfindən hesablanmış məbləğə 10 % maliyyə sanksiya tətbiq edilmişdir. Həmin məbləği günahkar işçidən tutub baş xəzinəyə bərpa etməliyəm, yoxsa xərcə silməliyəm?


Cavab

Salam. Əgər işçinin məsuliyyətsizliyi və təqsiri üzündən müəssisəyə maliyyə sanksiyası tətbiq olunubsa, və işçinin günahı təsdiq edilib və işçi tərəfindən gəbul olunubsa, o zaman, maliyyə sanksiyası işçinin əmək haqqından AR Əmək MƏcəlləsinin 175-ci maddəsində göstərilən qayda ilə tutula bilər. Lakin, maliyyə sanksiyası müəssisə hesabına ödənilirsə, bu məbləğ AR Vergi Məcəlləsinin 119-cu maddəsinə görə xərclərə aid edilə bilməz və bölüşdürülməmiş mənfəətdən silinməlidir.

2015-11-30 | İdarəetmə uçotu | Baxılıb: 2674 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!