Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən, yeni yaşayış kompleksinin tikinti-quraşdırma işlərinə başlamağı planlaşdıran mənzil-tikinti kooperativinin vergitutma metodu olaraq sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ varmı?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilib.

Buna görə də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 yanvar 2020-ci il tarixdən vergi öhdəliklərini ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirirlər.

2020-03-14 | Vergilər | Baxılıb: 2366 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!