Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tikinti-quraşdırma işləri davam edən binadan mənzilin vətəndaşa satılması ilə bağlı müqavilə bağlayıb, lakin həmin müqavilə notariat qaydasında təsdiq edilməyib. Bu halda, vətəndaşla bina tikintisini həyata keçirən müəssisə arasında müqavilənin bağlanma tarixi mənzilin vətəndaşa təqdim edildiyi vaxt sayılırmı?


Cavab

Bu suala cavab olaraq Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq olunmadan bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi malların təqdim edilməsi sayılır. Buna əsasən, notarial qaydada təsdiq edilmədən vətəndaşla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs arasında müqavilənin bağlanması tarixi mənzilin təqdim olunma vaxtı hesab edilir.

2020-03-04 | Vergilər | Baxılıb: 150 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!